Penelopa Kruz Harper\'s Bazaarda- FOTOSESSİYA

Penelopa Kruz Harper\'s Bazaarda- FOTOSESSİYA
Məşhur Hollivud aktrisası Penelopa Kruz Harper\'s Bazaar jurnalı üçün fərqli obrazlarda şəkillər çəkdirib. SİA həmin şəkilləri təqdim edir:


Məlumat üçün bildirək ki, Penelopa Kruz Sançes 1974-cü il 28 apreldə İspaniyanın paytaxtı Madrid şəhərinin San Sebastyan de Los Reyes adlanan şəhərciyində anadan olub. Hələ kiçik yaşlarından Penelopa çox enerjili uşaq idi və öz enerjisini hara sərf edəcəyini bilmirdi. Bir vaxtlar anası gözəllik salonu işlədəndə balaca Pe (yaxınları onu bele çağırırdı) həmişə salona gələn xanımlara diqqətlə tamaşa edirdi. Bu onun üçün özünəməxsus \"aktyorluq\" məktəbi idi. Uşaqlıqda heç kim ondakı aktrisalıq bacarığını görməsə də, hamı bu kiçik qızın hərəkətlərinin plastikasına diqqət yetirirdi.


4 yaşında valideynləri Penelopanı balet sinfinə yazdırır. Tezliklə Pe rəqs və cazla dərindən maraqlanmağa başlayır. İspaniya Milli Konservatoriyasında 9 il klassik alətlə məşğul olandan sonra Peneopa rəqs mədəniyyətinə yiyələnmək üçün 4 ilə yaxın Kristina Rotadan dərs alır. Amma vaxt keçdikcə aktyorluq ön pana keçir və onun rəqsə olan marağı soyuyur.


14 yaşından Penelopa filmlərdə çəkilməyə başlayır. O bir sıra şou və musiqi kliplərinə də çəkilir.

Bütün xəbərlər Facebook səhifəmizdə