Klan-A-Planın Qurdundan yeni xəbər – FOTO- VİDEO

Klan-A-Planın Qurdundan yeni xəbər – FOTO- VİDEO

Azərbaycanın tanınmış rep qrupu olan Klan-A-Plan qrupunun nümayəndəsi Qurd 2012-ci ildən solo fəaliyyət göstərəcək. Qurdun yeni milli abu-havada olan "Rəqs edir hər kəs" adlı mahnısı işıq üzü görüb.

Sözügedən mahnının aranjemanı Nadir Nəğd-Pula məxsusdur. Onu da nəzərinizə çatdıraq ki, Qurdun gələləcək işlərində məhz solo albomunun musiqiləri və aranjemanları Nadir Nəğd-Pul tərəfindən hazırlanacaq.

Reper sözügedən mahnını bütün Azərbaycan xalqına hədiyyə edir.

Onu da qeyd edək ki, hal - hazırda Qurd bəstəkar-müğənni Rəhim Rəhimli ilə birgə yayın hitini hazırlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə