Dağıstanın əməkdar artistindən azərbaycanlı müğənniyə jest-FOTO

Dağıstanın əməkdar artistindən azərbaycanlı müğənniyə jest-FOTO

Azərbaycanın gənc, amma çox istedadlı müğənnisi Günay İbrahimli Dağıstana yollanır. Bu barədə SİA-ya müğənninin prodüseri Təranə Səmədova məlumat verib.


Prodüserin sözlərinə görə, müğənninin səfərinin məqsədi 23 aprel tarixində Dağıstanın əməkdar artisti Telman İbrahimovun Mahaçqalada keçiriləcək konsertində çıxış etməkdir.


"Rossiya" konsert zalında keçiriləcək konsertə Günay şəxsən Telman İbrahimov tərəfindən dəvət alıb. Belə ki, Günayın "Eurovision" mahnı müsabiqəsinin milli seçim turunda iştirakını çox bəyənən Telman müğənnimizin onunla eyni səhnədə çıxış etməsini istəyib. Günay isə məmnuniyyətlə təklifi qəbul edib.


Konsertdə Türkiyədən olan bir neçə müğənni də ifa edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə