Xalq artistinin fanatları nə etdi? - FOTOSESSİYA

Xalq artistinin fanatları nə etdi? - FOTOSESSİYA

Azərbaycan estradasının Pop divası və xalq artisti Aygün Kazımovanın xeyli sayda tamaşaçıları var. İşləri və cazibədarlığı ilə şou-biznes xanımlarının əksəriyyətini kölgədə qoyur. Müğənni xanım hər zaman yeni mahnıları və klipləri ilə tamaşaçı rəğbətini qazanmağa müvəffəq olub. Uzun illərdir səhnədə olan Pop diva qeyri-adiliyi ilə hər zaman gündəmdədir. İşlərində uğur qazanan Aygün Kazımovanın ancaq şəxsi həyatı barədə bu sözü demək olmaz. Çünki xalq artisti eşq məcərasında düzgün seçim etmədiyi üçün hər zaman yanılıb. Sözügedən xanım qızı İlqarəyə isə analıq etməyi layiqincə bacarıb.

Xalq artisti Aygün Kazımovanın şəxsi facebook səhifəsinə daxil olmaq istədik. Ancaq müğənni xanımın adına bir çox səhifələr açıldı. Məlum oldu ki, bu səhifələr Aygün xanımın pərəstişkarları tərəfindən açılıb. Aygün Kazımovanın 4 profil səhifəsindən əldə etdiyimiz şəkillərini sia.az oxucularına təqdim edirik.

Bütün xəbərlər Facebook səhifəmizdə