Fanatlarını başına toplayan Səfurə Əlizadənin ayağı büdrədi - FOTOSESSİYA
Hər şənbə ATV telekanalında yayımlanan və böyük maraqla izlənilən "Arxiv" verilişinin növbəti çəkilişləri baş tutub. SİA-nın məlumatına görə, teleaparıcı Rüfət Ağayevin təqdimatında yayımlanan veriliş bu dəfə Azərbaycanı "Eurovision-2010" mahnı müsabiqəsində təmsil edən Safurə Əlizadəyə həsr olundu.
Jurnalist Feliks Vişnevetskiylə birgə verilişə qatılan Səfurənin bütün arxivi açıldı. Həyatı və yaradıcılığı ilə bağlı açıqlama verən Səfurə eyni anda fanatları ilə də görüşmüş oldu.
Müğənni onlar üçün mahnı ifa edən zaman ayağı belə büdrədi. Ancaq özünü itirməyən müğənni vəziyyətdən çıxmağı bacardı.
Sevənlərini bir araya yığan Səfurənin arxivini öyrənmək istəyirsinizsə, bu şənbə saat 17:00-da ATV telekanalına baxın.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB