Azərbaycanlı bəstəkar həmkarlarını “kölgədə qoydu” – VİDEO

Azərbaycanlı bəstəkar həmkarlarını “kölgədə qoydu” – VİDEO

Azərbaycanın istedadlı bəstəkarı Tural Bakuvi hər zamankı kimi dayanmadan yeni bəstələr üzərində çalışır. SİA-nın xəbərinə görə, gənc bəstəkar yeni layihələr ərsəyə gətirərək onu sevənləri sevindirməkdədir. Tural SİA-ya açıqlaması zamanı gördüyü işlərindən ağızdolusu danışdı: "Yeni işlərimdən olan "Bahar" kompozisiyasını əziyyətlə olsa da ərsəyə gətirə bildim. Çünki sözügedən işə canımı, ruhumu qoydum. "Bahar" kompoziyası dəyərli işlərimdən biridir. Həmin kompoziyasını layiqincə tamaşaçılara təqdim etmək üçün dəyərli insanlarla da iş birliyim oldu. Bir neçə ay bundan öncə "Payız" kompozisiyasında müvəfiqiyyətlə ərsəyə gətirmiş tar və ud ifaçısı Şəhriyar İmanovla, skripkada uzun illərdən bəri tutarlı işləri ilə yadda qalan İsmayıl Əlizadəylə və hər zaman birgə işlədiyimiz bacarıqlı ifaçı və aranjimançı Rəmal Rəsulla uğurlu işimiz oldu",-deyə Tural Bakuvi bildirdi.

Qeyd edək ki, "Bahar" kompozisiyası tezliklə radio dalğalarında səslənəcək.


Bütün xəbərlər Facebook səhifəmizdə