Dostları üçün konsert verən gənc müğənni ölkənin ən əsas səhnəsinə iddialıdır- FOTOSESSİYA

Dostları üçün konsert verən gənc müğənni ölkənin ən əsas səhnəsinə iddialıdır- FOTOSESSİYA

Gənc müğənni Samira sayca ikinci konsertini keçirib. SİA-nın məlumatına görə, ən yaxın dostlarını başına toplayan ifaçı növbəti mini-konsertini də elə ən yaxın ərafı üçün təşkil edib.


Klubda keçirilən konsertdən ağızdolusu danışan Samira kiçik auditoriyadan birbaşa böyük kütlə qarşısına çıxacağını açıqlayıb. Qəribə olsa da müğənni gələn il Heydər Əliyev adına Sarayda konsert vermək iddiasındadır.


7 ildir səhnədə olduğunu açıqlayan müğənni çalışdığı bəstəkarların adını çəkmək istəməsə də şou-biznes əhli ilə dost olduğunu dilə gətirib. Elə gecədə də ona dəstək olmaq üçün bir neçə müğənni təşrif buyurmuşdu.


Samirə tədbirin sonuna qədər repertuarının ən gözəl musiqilərinə müraciə etdi.


Foto müəllifə məxsusdur


Bütün xəbərlər Facebook səhifəmizdə