Brilliant Dadaşova İstanbulda 350 əlil uşaq üçün xeyriyyə konserti verib-FOTO
İstanbulda \"Türkiye Omurilik Felçlileri Derneği"nin təşəbbüsü ilə "Beynəlxalq gülən uşaq şənliyi" təşkil olunub. Azərbaycan da daxil olmaqla 10 ölkədən 200, Türkiyədən 150 əlil uşağın iştirak etdiyi tədbirin əsas qonağı isə Azərbaycanın xalq artisti Brilliant Dadaşova olub.
Bu barədə SİA-ya Türkiyədə yaşayan azərbaycanlı jurnalist Ülvu Hadiyev məlumat verib. Onun sözlərinə görə, Brilliant xanım qayğıya ehtiyacı olan uşaqlar üçün oxumaqla kifayətlənməyib, onlardan ikisinə əlil arabası hədiyyə edib.
Qeyd edək ki, xeyriyyə aksiyasında Türkiyənin bir neçə tanınmış müğənnisi də iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB