Azərbaycanın tanınmış stilisti Samir Əliyev keçmişi haqda danışdı. Stilist həyatında acı məqamların olduğunu etiraf etsə də özünü şanslı insan adlandırdı. SİA-ya açıqlama verən Samir bunları dedi: "Maddi baxımdan əziyyət çəkdiyim günlərim olsa da ancaq yenə də şanslıyam. Hər bir insanın keçmişində problemlər ola bilər. Əsas odur ki, sınmadım və yıxılmadım. Ancaq buna baxmayaraq böyük nailiyyətlər əldə etmişəm. Adım öndə gedən stilistlər arasında çəkilir".
Samir Əliyev onun əlehinə olan insanlarla yanaşı lehinə olan insanlardan da söz açdı: "Əhatəmdə elə insanlar var ki, mən onları tanımıram. Ancaq o insanlar hər zaman mənim tərəfimdən gəlirlər. Hətta xəbərim olmadan belə mənim üstümdə kiminləsə dalaşırlar", -deyə qalmaqallı stilist əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB