Əsəbi və gülərüz ifaçılar bir-birinə qarşı yarışdılar - FOTOSESSİYA

Əsəbi və gülərüz ifaçılar bir-birinə qarşı yarışdılar - FOTOSESSİYA

"Canlı səs" yarışının növbəti qonaqları "Xalq ulduzu" yarışmasının qalibi Tural Salmanov və "Xalq ulduzu" yarışmasının iştirakçısı Xəlil Qaraçöp olub.

SİA-nın məlumatına görə, ATV telekanalında yayımlanan "Canlı səs" teleşousunun layihə rəhbəri və aparıcısı Mirsalam Mirsalamovun qonağı olan ifaçılar döyüş meydanına çıxmaqları ilə tamaşaçıları təəccübləndirə biliblər.

Tural Salmanov veriliş zamanı bütün suallara olduqca əsəbi cavablar verib. Digər ifaçı Xəlil Qaraçöp isə həmkarından fərqli olaraq media əhlinin suallarını gülərüzlə və zarafatyana cavablar verərək zalda əyləşən tamaşaçıları belə güldürməyi bacarıb.

"Canlı səs" verilişi hər şənbə saat 22:00-da videoyazı ilə efirə çıxacaq. Verilişdə ekspert qismində jurnalistlər iştirak ediblər. İştirakçılar isə media əhlinin suallarını cavablandıraraq "imtahandan" uğurla keçmiş olublar.

Qeyd edək ki, proqram başlayan kimi səhnədə bir-birinə rəqib olan müğənnilərin adlarına açılan SMS nömrələri elan edilib. 2 saatlıq yayımı zamanı ən çox səs toplayan müğənni də qalib olacaq. Bizim dilimizlə desək, əsəbi və gülərüz ifaçıları siz də qaçırmayın!

Bütün xəbərlər Facebook səhifəmizdə