Məşhur rok qrupu Bakıya gəlir

Türkiyənin məşhur rok qruplarından olan "Duman" Bakıya gəlir. SİA-nın xəbərinə görə, sözügedən qrup aprel ayının 14-ü paytaxtımızda konsert proqramı ilə çıxış edəcək. 4 nəfər oğlandan ibarət olan "Duman" qrupunun konserti Bakı Dəniz Vağzalında keçiriləcək. Konsert 20:00-da başlayacaq.

Qeyd edək ki, biletləri şəhərin kassalarından əldə edə bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə