Modelimizi cərimələyə bilərlər-FOTO

Modelimizi cərimələyə bilərlər-FOTO

"Best Model of Azerbaijan" yarışmasının ilk qalibi Rüfət İsmayılov hazırda Türkiyədə yaşayır. Modelin SİA-ya verdiyi məlumata görə, o, Türkiyənin məşhur model şirkəti olan "Gaye Sökmen"lə müqavilə imzalayıb.

"İmza atdığım müqavilənin şərtlərinə əməl etməliyəm. Orada deyilir ki, mənim klipdə, serialda çəkilməyə, jurnallarda görünməyə ixtiyarım yoxdur. Şirkətin icazəsi olmadan bunu etsəm, cərimə ala bilərəm".

Rüfət onu da bildirib ki, hazırda o. Türkiyədə aktirisa Şaik Tekandın teatr studiyasında dərs alır: \"Aktyorluq təhsilimi bitirdikdən sonra serialların seçim turlarında iştirak edəcəyəm".

Onu da bildirək ki, adıçəkilən model şirkətində Kivanc Tatlıtuq, Murat Başoğlu, Çingiz Coşğun, Arzu Onan kimi məşhur simalar çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə