Hal-hazırda azərbaycanlı müğənni klip çəkilişində - EKSKLÜZİV

Hal-hazırda azərbaycanlı müğənni klip çəkilişində - EKSKLÜZİV

Bu gün azərbaycanlı müğənni Elçin Hüseynov "İki ürək" mahnısına klip çəkdirir. Elçin bəyə şəxsi suallarımıza görə telefon zəngi açdıq. Ancaq müğənni "hal-hazırda klip çəklişindəyəm, xahiş edirəm, mənə az sual verin" dedi. Suallarımıza cavab verməklə kifayətlənməyən ifaçı bəy SİA-ya yeni çəkdirdiyi klipi haqqında da ağızdolusu danışdı: "İki ürək" mahnısına klip çəkdirirəm. Sözügedən klipin rejissoru Nail Naiboğludur. Sevgidə 2 nəfərin olmasına baxmayaraq ancaq nədənsə klipimdə 3 xanım çəkiləcək. Səbəbini isə hələ heç özüm də bilmirəm (gülür)".

Qeyd edək ki, "İki ürək" mahnısının musiqisi Tərlan və Elçin Cəfərova, sözləri Azər Şirinə məxsusdur.

Ceyran Əsgərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə