Məşhurlar bir arada

I Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş məşhur kəşfiyyatçı İbad Hüseynovdan bəhs edən növbəti layihə gercəkləşəcək. SİA-nın məlumatına görə, onunla bağlı hazırlanan layihədə bir çox məşhurlar bir araya gələcəklər. Əməkdar artistlər İlqar Muradov, Ədalət Şükürov, müğənnilər Elnur, Namiq Qaraçuxurlu, eks-NEXT qrupunun solisti Seyran qəhrəman haqqında olan mahnını ifa ediblər. Bildirək ki, "Fəxr elə" adlı mahnının musiqisi İmruzə Hüseynovaya, sözləri isə Gülşən Behbuda aiddir.

Hazırda mahnının klip çəkilişləri davam edir. Bu günlərdə klipin geniş kütləyə təqdim ediləcəyi gözlənilir.

Xatırladaq ki, \"Azərbaycan Bayrağı\" ordeni kavaleri və kəşfiyyat-diversiya dəstəsinin komandiri İbad Hüseynov Qarabağ müharibəsi qəhrəmanı kimi tanınır. O, 1993-cü il 12 iyun tarixində məşhur erməni terrorçu Monte Melkonyanı Ağdamda öldürməsiylə məşhurdur.

Bütün xəbərlər Facebook səhifəmizdə