Qeyd edək ki, Kira Naytli ilk dəfə olaraq yeddi yaşında \"Royal Celebration\" filmində kiçik qız rolunu canlandırır. On bir yaşında mini teleserial və teleşoularda çıxış edir. Oynadığı \"Kənd işi\", \"Günahsız yalan\", \"Xəzinə axtaranlar\", \"Evə qayıdış\" və digər filmləri Avropa kanallarında yayımlanmağa başlayır. Aktrisanın karyerasında uğur qazanmasına təsir edən amillərdən biri onun aktrisa Natali Portmanla bənzərsiz oxşarlığı olur. Məhz həmin oxşarlıq gənc aktrisa üçün böyük kino aləminə bilet rolunu oynayır.
Aktrisanın çəkildiyi ilk ciddi rolu ingiltərə serialı \"Oliver Tvist\" olur. 2002-ci ildə \"Bekhem kimi oyna\" filmi ekranlara çıxır. Film çəkilişlərinə xərclənən maddi vəsaitdən 20 dəfə çox gəlir əldə edir və aktrisaya unudulmaz şöhrət gətirir. Aktrisa 2002-ci ildə daxil olduğu məktəbdəki təhsilini yarımçıq qoyub, özünü bütünlükdə kinoya həsr edir. Kira Naytlinin həyatındakı dönüş nöqtəsi kimi \"Karib dənizinin quldurları\" filmindəki rolu sayılır. Conni Depp və Orlondo Blum kimi məşhur aktyorlarla birlikdə çəkilmək ona ardı-arası kəsilməyən iş təklifləri gətirir. Müxtəlif obrazlar yaradır və özünün dediyi kimi onun ən yaxşı rolları hələ qabaqdadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB