Pərviz Mahmudov Sevda Yəhyayeva ilə “Saxta”lıqdan danışdı

Pərviz Mahmudov Sevda Yəhyayeva ilə “Saxta”lıqdan danışdı

Gənc və populyar bəstəkar Pərviz Mahmudov Sevda Yəhyayeva ilə yenidən işbirliyinə başlayıb. Gələn həftənin əvvəllərindən dinləyicilər radio dalğalarında Pərviz Mahmudovun yeni yazdığı "Saxta" adlı mahnını Sevdanın ifasında eşidəcəklər.

Bu barədə SİA-ya açıqlamasında istedadlı bəstəkar danışıb. Bununla da Pərviz Sevda ilə 4-cü işbirliyinə imza atacaq: "Sevdayla olan işlərimiz hər zaman uğurlu alınıb. İnanıram ki, bu mahnı da Sevdaya uğur gətirəcək. Ümumiyyətlə, mən musiqi müəllifi kimi ilk dəfə Sevdaya mahnı təqdim etdim. Elə bununla da Sevda ilk solo fəaliyyətinə başladı. "O zaman" mahnısı həm onun, həm də mənim yaradıcılığımda debüt oldu". Pərviz Mahmudov bir müddət Sevda ilə yaradıcı həmrəyliyinə fasilə verdiyini də bildirdi.

O, yenidən bir araya gəlmələrinin səbəbini də açıqladı: "Sevda ilə ikinci mahnımız "Sənsiz"i ərsəyə gətirdik, daha sonar "Buz kimi" çox sevilən kompozisiya olduğu üçün uzun müddət radio dalğalarında səsləndi. Bundan sonar biz iki il heç bir mahnı işləmədik. Əslində mən bir çox müğənnilərlə çalışıram, amma həmişə hər kəs Sevda ilə nə zaman yeni mahnımız olacağı haqqında maraqlanırdı. Biz də qərara gəldik ki, dinləyicilərin və bizi sevənlərin gözünü çox intizarda qoymayaq".

Orta ritmik üslubda bəstələnən "Saxta" mahnısının sözləri Aygün İsmayılovaya məxsusdur. Pərviz Mahmudov kompozisiyasının mövzu baxımından çox aktual olduğunu və sözlərin ona təsir etdiyini də açıqladı: "Bu mahnıda söhbət saxta sevgidən gedir, sözləri real həyatdan götürülüb. Ətrafımızda o qədər saxta insanlar var ki. İş xatirinə ətrafımda yalandan üzümə gülən çox insanlarla rastlaşmışam. Hər zaman Allahıma şükr edirəm ki, mənə yaxşı ağıl verib. İşlərimin uğurunu ancaq ağlımla qiymətləndirirəm, buna görə də saxta insanları onların ruhu incimədən qarşımda oynadıram".

Bütün xəbərlər Facebook səhifəmizdə