Müğənni Elnarə Aygün Kazımovanın rekordunu qırdı: “71 min avro vermişəm”- FOTOSESSİYA
Bu gün azərbaycanlı müğənni Elnarə Xəlilovanın "Centilmen" adlı klipinin təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, konfrans səbəbkarın maraqlı açıqlamaları ilə yadda qalıb.
Media əhlini başına toplayan Elnarə "Centilmen" adlı klipin pərdəarxası görütülərini nümayiş etdirərək zalda olanları aldadıb. Həmin görüntüləri yayımladıqdan sonra jurnalistlər şok vəziyyətində klipi belə alqışlamayıblar. Daha sonra sözügedən klipin özünü KİV nümayəndələrinin ixtiyarına buraxıb.
Tədbiri şən keçirmək istəyən Elnarə xanım jurnalistlərin bütün suallarına maraqlı cavablar verib. Mətbuat konfransında özünü bir anlıq tək hiss edən müğənni xanım maraqlı etiraflar edərək hər kəsi heyrətə salmağa çalışıb: "Artıq 12 ildir ki, səhnədəyəm. Ailə qurduqdan sonra səhnədən uzaqlaşdım. Yenidən sənətimə döndüm. Düşünürəm ki, hələ 3 il bu imicdə olacağam".
Klipi haqqında ağızdolusu danışan səbəbkar Türkiyədə peşakarlarla çalışdığını dilə gətirib. Müğənni onu da nəzərə çatdırıb ki, bu vaxtadək Azərbaycan dilindən başqa rus, ingilis və bir çox dillərdə musiqi səsləndirib: \"Azərbaycan mahnısını türk dilində oxumağımla yanaşı sözügedən klipi Türkiyədə çəkdirdim ki, karyeramda yenilik olsun. Mahnının sözləri və musiqisi Günel Sərdarqızına, aranjimanı Altan Turana, klipin rejissoru isə Tamer Aydoğduya məxsusdur. Onu da nəzərinizə çatdırım ki, "Centilmen" adlı kilipim Türkiyənin bir çox kanallarında yayımlanacaq".
Jurnalistlər tərəfindən Türkiyənin məşhur ulduzu Sibel Cana bənzədilən Elnarə xanım konfrans zamanı zarafatyana olsa da təsdiqlədi ki, dünyaca məşhur müğənniyə bənzəyir: "Mən Sibel Canın fanatıyam".
Qeyd edək ki, Elnarə Xəlilova sözügedən klipin 71 min avroya başa gəldiyini açıqlayıb.
Nəzərinizə çatdıraq ki, son zamanlar Azərbaycanın klip məkanında ən bahalı klip çəkdirən xalq artisti Aygün Kazımova olub ki, o da 70 min avro pul xərçləyib. Ancaq konfrans zamanı Elnarə vurğuladı ki, Aygün Kazımovanın rekordunu təzələdi.
Ceyran Əsgərqızı
Foto: Türkan Məmmədli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB