Azərbaycanlı aktyor şou-biznes nümayəndələrinin iç üzünü açdı - FOTOSESSİYA
Azərbaycanlı aktyor Fərda Xudaverdiyev maddi durumundan söz açıb. SİA-ya açıqlama verən Fərda unudulduğunu bəyan edib: "Demək olar ki, məni yada salan yoxdur. Unudulmuşam. Bununla yanaşı maddi baxımdan da problemlərim var. Simam tanış olduğu üçün də başqa işlərlə məşğul ola bilmirəm".
Özünü unudulmuş kimi qələmə verən aktyor şou-biznesdə olan dostlarından da danışıb: " Şou-biznesdə bir çox sənətçi dostlarım var. Ancaq sözügedən insanlara heç vaxt pula görə ağız aça bilmərəm. Ona görə ki, Azərbaycan müğənnilərinin hansı çətinliklərlə pul qazandığını yaxşı bilirəm. Geyimlərinə xeyli miqdarda pul xərcləyirlər. Onların da pula ehtiyacı var. Hal-hazırda əksəriyyətinin sürdüyü maşınlar və yaşadıqları mənzillər kreditdir\".
Ceyran Əsgərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB