Yaşını gizlədən “Göyçək” Fatimə sevgilisindən bahalı hədiyyə aldı- FOTO

Yaşını gizlədən “Göyçək” Fatimə sevgilisindən bahalı hədiyyə aldı- FOTO

Bu gün tanınmış rəqqasə, "Göyçək" Fatimə ad gününü qeyd edir. Rəqqasənin mətbuat katibi Tahirənin SİA-ya verdiyi məlumata görə, yaşını açıqlamaqdan imtina edən Fatimə bu ilki doğum gününü sakit şəkildə, ailə üzvlərinin ətrafında qeyd edəcək.

Hazırda başı 11 aprel tarixində verəcəyi solo konsertə qarışan Fatimə keçən il sənət dostları və ən yaxınlarının əhatəsində keçirsə də, bu ili səsiz ötüşməyi üstün tutdu.

Rəqqasənin doğum günündə ən özəl hədiyyə isə sevdiyi insan tərəfindən təqdim olunub. Fatimənin sevgilisi ona olduqca bahalı zinnət əşyası alıb. Hədiyyələrin içərisində həmçinin Fatimənin anası və qızı tərəfindən də dəyərli sürpriz olunub.

Onu da qeyd edək ki, rəqqasə aprelin 11-i keçiriləcək konserdən sonra isə ziyafət məclisi də təşkil edəcək. O, mərasimdə həm ad günününü, həm də solo konsertini qeyd edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə