Yaradıcılıq yolunda cəsarətli addımlar atmağa davam edən azərbaycanlı müğənni - FOTOSESSİYA

Yaradıcılıq yolunda cəsarətli addımlar atmağa davam edən azərbaycanlı müğənni - FOTOSESSİYA

Populyar estrada ulduzu Ayan Babakişiyeva yaradıcılıq yolunda cəsarətli addımlar atmaqda davam edir. SİA-nın məlumatına görə, xarici görünüşündə tez-tez inqilabi dəyişiklik etməkdən çəkinməyən müğənni baharın gəlişi ilə bağlı özünü mələk obrazında sınayıb. Yerli jurnalların biri üçün hazırlanan fotosessiyanı "Yarasa"ərsəyə gətirib, Babakişiyevanın imici üzərində isə stilist Sabina İmanova çalışıb.

Artıq şərhə ehtiyac yoxdur. Məşhur cizgi filmlərinin personajlarını gerçək qəhrəman kimi xatırladan Ayanın şəkillərinə baxmaqla özünüz müğənninin əsl sənət fədaisi olduğunun fərqinə varıb, onun "bahar mələyi" obrazının öhdəsindən lazımınca gəldiyini təsdiqləyəcəksiniz.

Çəkilən yeni şəkillərlə xəbəri yeniləməyə çalışacağıq.

Bu da Ayanın yeni və çox fərqli fotosessiyası. Onu da bildirək ki, müğənninin imici üzərində hər zaman olduğu kimi stilist-vizajist Səbinə İmanova çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə