Fanatları ilə görüşən Elnarə klipini də təqdim edəcək - FOTOSESSİYA

Fanatları ilə görüşən Elnarə klipini də təqdim edəcək - FOTOSESSİYA

Bu dəfə www.world.az saytında olan "Ulduzlu gün" rubrikasının qonağı populyar müğənni Elnarə oldu. SİA-nın məlumatına görə, layihənin rəhbəri Sahilə xanımın bildirdiyinə görə, müğənni ilə görüşmək istəyən həddən çox olsa da görüş ən maraqlı suallar göndərən iki fanata nəsib olub. Fuad Akcent və Tərlan Əsgərovla görüşən Elnarə ETX Lazer Stirke istirahət məkanında onlarla maraqlı vaxt keçirib, xatirə şəkilləri çəkdirib.

Onu da vurğulayaq ki, Elnarə "Centlimen" adlı yeni klipinin təqdimat mərasimi də keçirəcək. Hər zaman fərqli mahnılara üstünlük verən ifaçının bu dəfəki seçimi sözləri və musiqisi Günel Sərdarqızına məxsus olan mahnı oldu.

Klipin sabah Beynəlxalq Mətbuat Mərkəzində (BMM) təqdimat mərasimi baş tutmalıdır.

Onu da qeyd edək ki, Elnarə uzun illərdir mediadan uzaq duşərək mətbuat konfransları keçirmirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə