Azərbaycanın xalq artisti Nazpəri Dostəliyeva hazırda Rusiyanın Moskva şəhərində səfərdədir. Bu barədə SİA-ya məlumat verən müğənninin prodüseri Mikayıl Hüseynov deyib ki, Nazpəri xanım Rusiyanın tanınmış "Harper’s Bazar" şou-biznes jurnalının üz qabığına çəkilmək üçün təklif alıb: "Əslində səfərin məramı jurnala müsahibə vermək və üz qabığında çəkilmək deyildi. Nazpəri xanm həm yaz alış-verişi, həm də tədbirlərdən birində iştirak etmək üçün səfərə yola düşüb. Bu təklif bir neçə ay bundan əvvəl edilib".
Prodüser onu da əlavə edib ki, Nazpəri xanımdan bu təklifə biganə qalmamağı xahiş edib: "Yayın ortalarında inşallah, layihəmiz gerçəkləşəcək. Səfərdən sonra, ətraflı məlumat verə biləcəyik. Nazpəri xanımın olduqca fərqli imicdə görünməsi üçün bir neçə eskiz hazırlanıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB