Azərbaycanlı teleaparıcı İlahə Nizamiqızı özünə rəqib görmədiyini etiraf ediib. Aparıcı həmkarlarına ürəkaçan sözlər ünvanlayıb. SİA-ya açıqlama verən İlahə bunları deyib: "Şou-biznes nümayəndələri hər zaman deyir ki, rəqiblərimiz var. Ancaq mən bu fikirlə razılaşmıram. Əgər azərbaycanlıyıqsa niyə bir-birimizə qarşı düşmən olmalıyıq? Mənim düşmənim ancaq ermənilər ola bilər. Həmkarımın hansısa uğuru olursa mən ondan qabaq sevinirəm. Çünki sözügedən insanların uğuru mənim də uğurumdur. Bütün aparıcılarımızdan da razıyam. Odur ki, heç kimi özümə rəqib görmürəm", - deyə İlahə Nizamiqızı fikirlərini tamamlayıb.
Ceyran Əsgərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB