Yerli ulduzlarla balaca kəpənəklər birgə oxuyacaqlar-FOTOSESSİYA

Yerli ulduzlarla balaca kəpənəklər birgə oxuyacaqlar-FOTOSESSİYA

Bəstəkar Ülviyyə Vəliyevanın rəhbərlik etdiyi "Butterflies" uşaq qrupu iyunun 1-də – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə geniş konsert proqramı ilə çıxış edəcəklər. Ü.Vəliyevanın SİA-ya verdiyi məlumata görə, proqram sıravi konsert repertuarından fərqlənəcək. Balaca kəpənəklər tamaşaçılarını istedadları və şou bacarıqları ilə heyrətləndirəcəklər.

"Uşaqlar günü-gündən böyüyür. İstedadları da artır. Artıq konsertə onlar özlərindən kiçik olan bir uşaq qrupuna dəstək olacaqlar. Əslində, qrupu idarə etmək çox çətindir. Söhbət qısa zaman ərzində repertuar qurmaq, klip çəkdirmək, onu ölkə xaricindən kənara çıxarmaq və s. yaradıcı işlərdən gedir. Bu, böyük zəhmət tələb edir və hər zaman dəstəyə ehtiyac var. Hazırda klipimiz TMB kanalında yayımlanır. Uşaqların dünya səhnəsinə çıxması üçün çox təbliğ olunmalıdır. Bizim əsas strategiyamız budur" - deyən qrup rəhbəri "Butterflies"in konsertindən söz açdı.

O dedi ki, konsert günü onlarla yerli ulduzların birgə çıxışı nəzərdə tutulub. O, sənətçilərin də buna maraq göstərdiyini vurğuladı. Konsertə qədər həmin sənətçilərin adları bəlli olacaq. Növbəti yaradıcılıq mərhələsində isə yerli ulduzlarla balaca kəpənəklərin duet mahnıları nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə