Azərbaycanlı prodüser: “Bəsdir daha bezdim”-FOTOSESSİYA

Azərbaycanlı prodüser: “Bəsdir daha bezdim”-FOTOSESSİYA

Uzun zamandır müğənni Sevda Yahyayeva ilə iş birliyinə başlayan produser Pərviz Əsgərov sosial şəbəkələrdə fəal istifadəçi kimi tanınır. SİA-nın xəbərinə görə, prodüserlik fəaliyyəti ərzində yalnız Sevda ilə çalışacağını açıqlayıb.

O ki, qaldı onun şəxsi facebook səhifəsinə, produser şəkil çəkdirməyə yaman meyl edir. Çox tanınmışlarla şəkil çəkdirən Pərviz burada da Sevdaya üstünlük verib.

Onu da qeyd edək ki, gənc produser son günlərdə bir az aqressiv görsənir. Onun son yazdığı statuslardan biri belədir: "Heç kimi saymayacam, hörmət də etməyəcəm. Bəsdir daha bezdim. Bu aləmdə heç kimi özünə yaxın buraxma. Hamı eyni bezin qırağıdır"...!!!!

Ceyran Əsgərov

Bütün xəbərlər Facebook səhifəmizdə