Madonnadan 18+

Dünyaca məşhur müğənni Madonna yenə də pərəstişkarlarını təəccübləndirməyi bacarıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 53 yaşlı müğənni yeni - "Girl Gone Wild" klipində açıq- saçıq səhnələrdən çox istifadə edib. Məhz bu hərəkətinə görə klipin youtube-da 18 yaşdan aşağı insanlar üçün baxılması qadağan edilib. Klipdə Madonna paltarsız olan kişilərlə rəqs edir.

Madonnasevərlər klipi izləmək üçün google-da qeydiyyatı olmalı və orada onun yaşı qeyd edilməlidir. Google şirkəti isə klipin izlənilməsini o şərtlə qəbul edir ki, klipdə olan açıq-saçıq səhnələr yığışdırılsın.

Qeyd edək ki, müğənninin 1990-cı ildə çəkdirdiyi Justify My Love klipi də MTV kanalı tərəfindən qadağan edilmişdi.


Bütün xəbərlər Facebook səhifəmizdə