Azərbaycanın teleaparıcısı və şoumeni Kamran Həsənli şou-biznes nümayəndələrindən danışıb. Şoumen özlərinə ləqəb götürən ifaçılara iradını bildirib. SİA-ya açıqlama verən Kamran bunları deyib: "Terminlərlə maraqlanan insan deyiləm. Ancaq şou-biznesimizin bir çox nümayəndələri özlərinə heyvan ləqəbi götürürlər. Mənə elə gəlir ki, bunların hamısı bekarçılıqdan əmələ gəlir. Ən əsası isə özlərinə ləqəb qoymaqla toy bazarlarını artırırlar. Çünki toydan başqa azəri ulduzlarının qazanc yeri yoxdur. Mənə elə gəlir ki, Azərbaycan şou-biznesinin "fili" dostum Arzu Rzayevdir. Ancaq unutmaq lazım deyil ki, dəvədən də böyük fil var",-deyə teleaparıcı bildirib.
Ceyran Əsgərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB