Xəyyam Nisanovla dünyaca məşhur teleaparıcı xanımın nə əlaqəsi?-FOTOSESSİYA

Xəyyam Nisanovla dünyaca məşhur teleaparıcı xanımın nə əlaqəsi?-FOTOSESSİYA

Tanınmış müğənni Xəyyam Nisanov yeni klip çəkdirib. Müğənninin SİA-ya verdiyi məlumata görə, o, Murad Arifin bəstəsi olan "Bakı- Moskva" mahnısını lentə aldırıb.

Klipdə Rusiyanın tanınmış xanım teleaparıcısı Rossi Dilya çəkilib. Xəyyamla çəkilməyə razı olan Dilya ulduzluq statusuna sahib olmasına baxmayaraq kaprizlər etməyib.

6 günə çəkilən klipin 4 günü Moskvada, 2 günü Bakıda lentə alınıb: "Fikrimcə, bu, mənim ən yaxşı klipim olacaq. Klipə xərclənən məbləği açıqlamayacağam. Amma kifayət qədər bahalıdır. Yeni işimin rejissoru Anar Abbasovdur. O da Rusiyanın ən tanınmış rejissorlarının siyahısına düşüb".

Qeyd edək ki, klipin paytaxtımızda təqdimatı zamanı Xəyyamla birgə çəkilən Dilya da təşrif buyuracaq.

"İndiyədək şəhərinizin gözəlliyinin və qonaqpərvərliyinin təsiri altındayam. O qədər emosiyalarım var. Yayda da mütləq qonağınız olmaq istərəm. Hər yan yaşıllıq olanda Bakının necə gözəl olacağını təsəvvür edirəm", -deyə teleaparıcı xanım bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə