Azərbaycanlı müğənni Roza Zərgərlinin bu gün doğum günüdür. SİA-ya açıqlama verən müğənni ad gününü həmkarları reper Elşad Xose və rəqqasə Oksana Rəsulova cütlüklərinin toy mərasimində qeyd edəcəyini deyib.
Roza Zərgərli yeniliklərindən də söz açıb: "Eşqimin köləsi" adlı klipimin təqdimatını ad günümdə etmək istədim. Ancaq toya dəvət aldığım üçün sözügedən klipin aprel ayında təqdimatını keçirəcəyəm. Təqdimatda yaxın dostlarım və həmkarlarım da iştirak edəcək",-deyə müğənni əlavə edib.
Ceyran Əsgərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB