Həmkarının toyunda ad gününü qeyd edən müğənni kimdir?

27 Mart 2012 11:54 (UTC+04:00)

Azərbaycanlı müğənni Roza Zərgərlinin bu gün doğum günüdür. SİA-ya açıqlama verən müğənni ad gününü həmkarları reper Elşad Xose və rəqqasə Oksana Rəsulova cütlüklərinin toy mərasimində qeyd edəcəyini deyib.

Roza Zərgərli yeniliklərindən də söz açıb: "Eşqimin köləsi" adlı klipimin təqdimatını ad günümdə etmək istədim. Ancaq toya dəvət aldığım üçün sözügedən klipin aprel ayında təqdimatını keçirəcəyəm. Təqdimatda yaxın dostlarım və həmkarlarım da iştirak edəcək",-deyə müğənni əlavə edib.

Ceyran Əsgərqızı