Azərbaycanlı müğənniyə mikrafon vermədilər

Azərbaycanlı müğənniyə mikrafon vermədilər

Azərbaycanlı müğənni Elariz Məmmədoğlu onu parodiya edən incəsənət adamlarından söz açıb. Müğənni yumoristik "Bu şəhərdə" qrupu haqda danışıb. SİA-ya açıqlama verən Elariz: "Azərbaycanın sevilən aktyorları olan Rafael və Coşqun konsertləri zamanı məni parodiya edirlər. Ancaq mən "Bu şəhərdə" qrupundan heç vaxt inciməmişəm. Sözügedən qrupunun konserti olan zaman isə hər zaman ön sıralarda əyləşmişəm. Onlar mənim dostlarımdır", - deyib.

Elariz Məmmədoğlu sənətə yeni gəlişi zamanı onu incidən həmkarlarından da ağızdolusu danışıb: "Sənətə yeni başlayanda mənə məclislərdə mikrafon verməyib bahanə uyduranlar olub. Mən oxuyan zaman isə ağız belə əyənlər olub. Sonralar sözügedən insanlar məni xahiş və minnətlə övladlarının toyuna dəvət ediblər. Odur ki, "Kimin əvvəli və kimin axırı məsəlini" atalar düz söyləyib", - deyə ifaçı fikirlərini tamamlayıb.


Ceyran Əsgərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə