Rövşən Civişov Novruzu İstanbulda qeyd edib - FOTO

Rövşən Civişov Novruzu İstanbulda qeyd edib - FOTO

Azərbaycanın gənc, amma çox istedadlı müğənnisi Rövşən Civişov Novruz bayramını fərqli şəkildə qeyd edib. Müğənninin SIA-ya verdiyi məlumata görə, o, bayramı İstanbulda qeyd edib.

İfaçı onu da əlavə edib ki, o, bu yaxınlarda bir daha qardaş ölkəyə səfər edəcək. Səfərinin məqsədi isə Türkiyənin TMB kanalının qonaq olmaqdır.

Rövşən açıqlaması zamanı onu da vurğulayıb ki, o, hal-hazırda xarici şirkətlə şəxsi saytı üzərində çalışır. Keyfiyyətli məhsul təqdim etməyə hazırlaşan Rövşən saytın dizaynının da fərqli olduğunu dilə gətirib.

Məlumat üçün bildirək ki, Rövşən yeni fotosessiya da hazırlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə