Azərbaycanlı müğənni sevənlərinə möhtəşəm gecə yaşadıb

Azərbaycanlı müğənni sevənlərinə möhtəşəm gecə yaşadıb

Azərbaycanlı müğənni Samira Allahverdi bayram ərəfəsində sevənlərinə möhtəşəm musiqili gecə yaşadıb. SİA-nın xəbərinə görə, ikinci dəfə ana olmağa hazırlaşan xanım sənətçi Bakı Cazz Mərkəzində solo konsert proqramı ilə çıxış edib. Gecədə tamaşaçılara xüsüsi musiqili sürprizlər təqdim olunub. Ən maraqlı məqamlardan biri isə Samira Allahverdinin "Qayıtdı xəyallar" mahnısı oxuması zamanı bütün zalda telefon işıqlarının dalğalandırırlması olub. Azərbaycan musiqilərindən əlavə Samira xarici estradaya da müraciət edib və maraqla qarşılanan ifalardan biri də Michael Jacksonun repertuarından səsləndirdiyi ifası olub. Konsertin irəliləyən dəqiqələrində Samira "Dəli küləyim" mahnısı ilə həmkarı Röya ilə birgə oxuyub.

Onu da qeyd edək ki, xoş günündə səbəbkarı tək qoymayan əməkdar artist Tünzalə Ağayeva Moskva səfərindən gələr-gəlməz konsertə təşrif buyurub. Tünzalə xanım konsertə gəlişi ilə hamıya sevindirici anlar yaşadıb.

Ceyran Əsgərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə