Azərbaycanlı müğənni evlənir?

Azərbaycanlı müğənni Səidə Sultan haqqında gəzən şayələrə aydınlıq gətirib. SİA-ya açıqlama verən müğənni şəxsi həyatı barədə danışıb: "Mənim haqqımda saytlarda yalan məlumatlar gedib. Ancaq mən heç bir sayta müsahibə verməmişəm. Sözügedən müsahibədə yazılıb ki, Səidə Sultan varlı oğlana ərə gedir. Ancaq belə söhbət yoxdur. Mənim adımdan müsahibə yazan insana demək istərdim ki, xəbər yalandırsa doğru olsun. Əgər varlı oğlanla ailə qururamsa niyə kimdənsə gizlətməliyəm? Heç kimdən qorxacağım yoxdur. Hal-hazırda da ailə qurmaq fikrində deyiləm".


Ceyran Əsgərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə