Türkiyənin
məşhur ifaçısı Ziynet Sali Murad Arifin bəstələdiyi \"İstanbul\"
mahnısını Ozan Doğulunun oranjimanında ifa edib. SİA-nın xəbərinə görə, məşhur sənətçi yeni çıxacaq \"Sonsuz Ol\" adlı albomunda mahnını yerləşdirdiyini
bildirib.
Kral TV-də yayımlanan "Mehmetin gezegeninde" verilişində qonaq olan Ziynet
Sali, sözügedən mahnını çox sevdiyini və
klip şəkdirəcəyini deyib.Veriliş zamanı Murad Arifin canlı yayıma telefon bağlantısı ilə qoşulması bir
çox insanların marağına səbəb olub.
Xatırladaq ki, 2009-cu ildə Murad Arifin bəstələdiyi \"İstanbul\" adlı mahnı az bir müddətdə böyük kütlə tərəfindən sevilmişdi. Xəyyam Nisanovun ifasında səslənən \"İstanbul\" mahnısı ölkəmizlə yanaşı Türkiyədə də məşhurlaşmış və Suat Ateşdağlının \"Bosphorus Night" albomunda yer almışdı. Bununla kifayətlənməyən azərbaycanlı müğənni hətta sözügedən mahnıya Türkiyədə klip də çəkdirmişdi.
Ceyran Əsgərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB