Nüşabə Ələsgərli: \"Əli Mirəliyevi qalmaqal edən müğənni kimi tanıyırlar\"
Azərbaycanlı müğənni Nüşabə Ələsgərli həmkarı haqqında danışıb. Müğənni Əli Mirəliyevdən heç bir pislik görmədiyini dilə gətirib. SİA-ya açıqlama verən Nüşabə xanım bunları deyib: "Şou-biznes qalmaqalın qoludur. Əli Mirəliyevi qalmaqal edən müğənni kimi tanıyırlar. Ancaq Əli Mirəliyevi uzun illərdir tanıyıram. Azərbaycan Dövlət Filarmoniyasında birlikdə işləmişik.Ona görə də sözügedən insandan pislik görməmişəm. Əli bəy kimi tənqid edirsə gərək onlar nəticə çıxartsınlar".
Müğənni həmkarından əlavə özü haqda da ağızdolusu danışıb: "Qalmaqalı etməyi heç sevmirəm. Çünki qəbul edə bilmərəm ki, kimsə mənə artıq söz desin. Hər insanın çevrəsi və ailəsi var. Hər kəs özünə cavabdehdir. Hansısa addımı atanda fikirləşmək lazımdır"-deyə müğənni əlavə edib.
Ceyran Əsgərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB