Bakıda keçiriləcək "Eurovision-2012" müsabiqəsində Türkiyəni təmsil edən Can Bonomonun müsabiqəyə qatılmayacağı bildirilir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyənin mətbu işçiləri Bonomonun özü ilə əlaqə saxlaya bilib. O, bu məsələdən çox kədərələndiyini və hələ danışmaq istəmədiyini deyib. O, TRT-nin bu məsələyə qərarından sonra münasibət bildirəcəyini qeyd edib. Bonomo belə bir qərarın verilməsinin səbəbinin nə olduğunu təxmin etdiyini deyib. Məsələylə bağlı bu gün axşam saatlarında rəsmi məlumatın yayılacağı gözlənilir.
Can Bonomonun meneceri Ece Celebioğlu Starlounga yazdığı özəl açıklamada, \" Biz indi xəbərlərə baxırıq, Lakin bu barədə xəbərə rast gəlməmişik. TRT ilə toplantıya gedirik. Bundan sonra açıqlama verəcik"-deyə, bildirib
Müsabiqədən Can Bonomonun özünün imtinası ilə deyil, hətta çıxarıldığı bildirilir. Yayılan məlumatlarda deyilir ki, bununla bağlı hələ TRT-dən rəsmi bir açıqlama olmayıb. Amma Can Bonomonun yaxın ətrafı bu qərarın onun özü tərəfindən deyil, rəsmi qurumlar tərəfindən verildiyini bildirib.
Qeyd edək ki, Eurovision qaydalarına görə, yarışmaya qatılan sənətçi geri çəkilərsə onu heç kim əvəz edə bilməz və həmin yarışmaçı uduzmuş sayılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB