Azərbaycanlı stilist: “Həmin Balaşdır ki, müğənnilərin arxasınca qaçıb, yalvarırdı ...” – Qalmaqal - FOTOSESSİYA

Azərbaycanlı stilist: “Həmin Balaşdır ki, müğənnilərin arxasınca qaçıb, yalvarırdı ...” – Qalmaqal - FOTOSESSİYA

Müsahibələrinin birində stilist Balaş həmkarları haqqında söylədiyi fikirlərlə yadda qalmışdı. SİA-ya açıqlama verən stilist Anar Məmmədov (Anar Şanel) həmkarı Balaşın onun haqda dediyi "Anar Şanel mənim ayağımın tozudur" deməsi fikirlərinə biganə qalmayaraq onu "yıxıb-sürüdü": "Balaşın qatarı çoxdan gedib. Deyəndə ki, \"stilist Balaş\", cavabında, "o, kimdir?", deyirlər. Hal-hazırda gündəmdə olan mənəm - Anar Şanel. Sözügedən insan adımla özünü reklam edir. Anar adı Azərbaycanda məşhurdu və brenddir. Onun etdiyi makiyaj, saç düzümü artıq 1960-70-ci illərdə qalıb. Bu, o deməkdir ki, Balaş yoxdur! Balaşın stilinə gəldikdə isə, onun heç qara dəftərdə də adı yoxdur. Amma tanıyanlar bilir ki, stilistlər içərisində Anar Məmmədov, Anar Ağakişiyev və Anar Məlik kimdir. Sadəcə onu deyə bilərəm ki, Balaş bizim adımızdanmı, yoxsa tək mənim adımı çəkməklə özünü reklam etmək istəyirsə, ona yazığlar olsun!".

Anar Şanel stilist sənətində 10 ildən çox müddətdir ki, fəaliyyət göstərdiyini deyib və əlavə edib ki, Balaş onun bazarını öldürərəm deyə qorxur: \"Ümumiyyətlə, balaşkimilərin bazarını öldürmüşəm. Çünki hazırda müğənnilərin əksəriyyətinin dillərində adı çəkilən stilistlərdən biriyəm. Həmin Balaşdır ki, müğənnilərin arxasınca qaçıb, Demirəm ki, mən də müğənni arxasınca qaçmamışam. Qaçmışam. Hal-hazırda da çalışdığım müğənnilər var. Müğənnilərlə çalışmağımda öz reklamıma ehtiyacım var. Ümumiyyətlə, hər bir yaradıcı insanın reklama ehtiyacı var. Bir də ki, şəxsiyyət vəsiqəmdə adım necə yazılıbsa, həmin addan da istifadə edirəm. Anar Məmmədov! Amma şəxsiyyət vəsiqəsində adı Balağa gedib də, qondarma Balaş adından istifadə edən şəxs deyiləm".

Stilist yaradıcılıq fəaliyyətindən və son vaxtlar gördüyü işlərdən danışıb: "Müğənnilər Sehri Rəhimovanın son fotosessiyasının və klipinin, Rəhim Rəhimlinin verilişinin, Elza Seyidcahanın solo konsertinin və konsertdən sonrakı verilişlərdə iştirakı zamanı görkəminin, Xuraman Şuşalının ailə qurduqdan və övladı olandan sonra səhnəyə qayıdışı zamanı saç düzümünü, makiyajını mən etmişəm. Amma Balaş bir barmağını qaldırıb desin ki, bir tək müğənni ilə çalışıram. Heç bir müğənni də Balaş ilə çalışmaq istəmir. Zənnimcə, Balaşın etdiyi makiyajlar nə gündəmə, nə də dəbə uyğun deyil"-deyə stilist fikirlərini tamamlayıb.


Ceyran Əsgərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə