Azərbaycanlı müğənninin süfrəsi aparıcını “şoka saldı”-FOTOSESSİYA
Gənc və iddialı müğənni Zarina Məmmədova 104 FM-də yayımlanan "Yanar saat" verilişinin qonağı olub. SİA-nın məlumatına görə, radioda ilk və yeganə yemək verilişi olan "Yanar saat"tın adət-ənənəsinə uyğun olaraq qonaq gələn hər müğənni öz hazırladığı süfrəni təqdim edir.
Bu günə qədər bir çox tanınmışların açdığı süfrədən narazı qalan aparıcı Anar da Zarinanın bişirdiyi yeməklərdən doymaq bilmədi. Hər zaman verilişində olan qonaqların süfrəsini tənqid edən aparıcı bu dəfə söz tapa bilmədi.
Zarina studiyada əsl bayram ab-havası yaratdı. Süftəsində "quş südü can dərmanı" olan Zarina da olduqca iddialı çıxış etdi: "İnanmıram ki, mənim süfrəmdə nəyisə bəyənməyəsən. Anarın verilişində hər müğənni yalnız bir dəfə qonaq olduğu üçün bura hazırlıqlı gəlməli idim. Zəhmət çəkmişəm amma hamısını ürəkdən eləmişəm"-deyə Zarina bildirib.
Atmacalarından qalmayan və hər kəsdə bir eyib tapan Anar isə nə qədər çalışdı amma heç bir nöqsan tapa bilmədi: "Zarinanın süfrəsi də elə özü kimi iddialı oldu. Məncə bu süfrə hələ çox müzakirə olunacaq"-Anar dedi.
Onu da qeyd edək ki, verilişdə debüstator qismində tanınmış prodüseri Kamal Cenk İçden oldu. Zarinanın süfrəsinə qiymət verən qonaq verilişdən razı getdi.
Foto müəllifə məxsusdur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB