Azərbaycanlı müğənni Kərimin ifa etdiyi, musiqisi və sözləri reper Huseyn Dəryaya məxsus olan "Vay vay " mahnısının sorağı Türkiyəyə çatıb. SİA-nın məlumatına görə, qardaş ölkənin "MSG Musiki eseri sahipleri grupu neslek birliyi" adlı məşhur musiqi şirkəti adıçəkilən mahnının müəllifi ilə maraqlanıb. Xeyli sürən axtarışdan sonra Azərbaycanlı bəstəkaq Cavanşir Quliyevin vasitəsi ilə reper Hüseyn Dəryaya çıxıblar.
Elə həmin ərəfədə işləri ilə bağlı Türkiyədə olan Hüseyn şirkət nümayəndələri ilə görüşüb və iş birliyinə imza atıb.
İş birliyinin nəticəsi olaraq sözügedən mahnının Türkiyədə kifayyət qədər tanınan müğənni İpək Gür üçün alıb. Bundan sonra "Vay-vay" mahnısı məhz İfəyin ifasında səslənəcək.
Ancaq iş birliyi tək bununla bitməyib. Belə ki, adıçəkilən şirkət Hüseyn Dərya ilə növbəti müqavilə əsasında yeni işlər görəcəklər. Hüseyn qalmaqal yaşadığı, gənc müğənni Aynurla ifa etdiyi "Son qərar" mahnısını artıq İpək Gürlə duet şəklində səsləndirəcək.
Məlumata görə, "MSG Musiki eseri sahipleri grupu neslek birliyi" bununla kifayyətlənməyəcək. Gələcəkdə onlar Azərbaycan musiqisi ilə bağlı daha geniş işlər görəcəklərini açıqladılar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB