Düşmənlə üz-üzə mövqedə “Qarabağ”ı sədaya ucaldan xalq artistimiz- FOTOSESSİYA

Düşmənlə üz-üzə mövqedə “Qarabağ”ı sədaya ucaldan xalq artistimiz- FOTOSESSİYA

Azərbaycanın xalq artisti Nazpəri Dostəliyeva Novruz bayramı ərəfəsində Bərdə rayonundakı Daxili işlər Nazirliyi Daxili Qoşunlarının Bərdə şəhərindəki "N" saylı hərbi hissəsində və cəbhə bölgəsində birbaşa düşmənlə mövqedə üz-üzə yerləşən Müdafiə Nazirliyinin Tərtər rayonundakı "N" saylı hərbi hissəsində geniş konsert proqramı ilə çıxış edib.

SİA-ya verilən məlumata görə, iki gün davam konsertlərdə xalq artisti əsgərləri əsgər qaydası ilə salamlayıb: "Salam əsgər! Bu əziz bayram ərəfəsində sizin qarşınızda çıxış etmək ikiqat bayramı yaşamaqdır. Mən oğul anasıyam, sizin analarınızın həyəcanını da təsəvvür edə bilirəm. Ona görə də onların həyəcanına, sevincinə, fəxrinə, qüruruna şərikəm. Həmişə sizə dəstək olmağa hazıram! Vətən oğulları, Allah sizə yar olsun!"

Sevilən sənətkar onların istəyi ilə sevilən mahnılarını ifa edib. Böyük tonqal ətrafında müğənnini dövrəyə alan Azərbaycan oğulları doyunca rəqs ediblər, sənətçiyə qoşularaq özləri də oxuyublar. Nazpəri xanım musiqi albomunu onun mahnılarını ifa edən əsgərlərə hədiyyə edib.

Cəbhə bölgəsində düşmənlə mövqedə üz-üzə yerləşən məkanda "Qarabağ" mahnısını böyük ruh yüksəkliyi ilə ifa edən sənətkar oğullarımızı mübarizəyə səsləyib.

Əsgərlərlə görüşdə Səbail rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Səfərov da iştirak edib, Nazpəri xanım Dostəliyevaya və xidmətdə fərqlənən əsgər və çavuşlara fəxri fərman təqdim olunub.

Qeyd edək ki, qonaqlar cəbhə bölgəsindəki tədbirdən sonra səngərdə olub. Əsgərlərin və hərbçilərin döyüş hazırlığı ilə tanış olub.

Ceyran Əsgərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə