Dünən "ETXlazer Strika" MMC adlı məkanın açılışı olub. SİA-nın xəbərinə görə, "ETXlazer Strika" MMC 2011-ci ildə Azərbaycanda kiçik sahibkarlar və dostlar qrupu tərəfindən yaradılıb. "ETX Lazer Strayk" MMC lazertaq Azərbaycanda ilk iki qatlı idman arenasıdır.
"ETX Lazer Strayk" MMC –yə mövcud olan ən yüksək səviyyəli avadanlıqlar gətirilib. Bundan da əlavə mərkəzdə hər bir detal lazetaq həyacanını tam şəkildə yaşamağa kömək edir.
Qeyd edək ki, məkanın açılışında şou-biznesin tanınmış simaları iştirak edib. Qonaqlar sırasında müğənnilərdən Natavan Həbibi, Elnur Məmmədov, Samira, rejissor Aynurə Tahirqızı, şoumen-teleaparıcı Murad Dadaşov, teleaparıcılardan Zaur Nəbioğlu, Aynur Talıbova, Murad Arif, Rövşən Cahangirov, Könül Arifqızı, stilist-vizajist Nigar İbrahimova və media nümayəndələri var idi.
Tədbirin əsas təşkilatçısı isə radio aparıcısı İlahə Şıxlinkaya idi. Ən yaxın dostlarını başına toplayan İlahə gecəni açıq elan edərək qonaqları əsas məkana dəvət edib. Açılışı edən şou-biznes əhli ikiqatlı idman arenasında da "siftə" edib oynadılar.
Əyinlərinə xüsusi jilet geyinib lazer tapançası ilə biri-birini vuran şou-əhli komandalara bölündülər. Sonda kimin qalib gələməsinə o qədər önəm verməyən simalar yaxşıca əylənmiş oldular.
Ceyran Əsgərqızı
Foto: Türkan Məmmədli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB