Uşaqların "Xoşbəxt Gələcəyi" İctimai Birliyi "Qadın və Uşaqların Problemlərinin Araşdırılması" İctimai Birliyi (QUPAİB), və (ASE) Express şirkətinin maliyyə dəstəyi ilə birlikdə Novruz bayramının gəlişi ilə bağlı tədbir keçirilib.
SİA-nın xəbərinə görə, valideyn himayəsindən məhrum olmuş uşaqlara, qaçqın və məcburi köçkün uşaqlarına, həmçinin əqli qüsurlu uşaqlar üçün "Özgə uşaq yoxdur" adlı Novruz şənliyi təşkil edilib.
Tədbiri giriş sözü ilə açan "Qadın və Uşaqların Problemlərinin Araşdırılması" İctimai Birliyinin sədri Kəmalə Əliyeva tədbir haqqında ətraflı danışıb. Onun sözlərinə görə, Novruz bizim milliliyimiz, özümüzə qayıdış deməkdir. Kəmalə xanım söyləyib ki, istər dövlət, istərsə də QHT-lər tərəfindən uşaqlar heç vaxt diqqətdən kənarda qalmırlar. K.Əliyeva tədbiri təşkil etməkdə məqsədlərindən də danışıb: "Məqsədimiz balacalara mənəvi dəstək olmaq, onlara qayğı göstərmək və bayram sevincini bəxş etməkdir".
Konfransda daha sonra "Uşaqların Xoşbəxt Gələcəyi" İctimai Birliyinin sədri Nərgiz Kərimova çıxışında uşaqları təbrik edərək onlara can sağlığı və firavan həyat arzulayıb.
Mərasimdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, İnsan Hüquqlari müvəkkili (Ombudsman) Elmira Süleymanova, Millət vəkilləri Qənirə Paşayeva, Gülər Əhmədova, Jalə Əliyeva, Rauf Əliyev, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov, UNİCEF-in Bakı ofisinin rəhbəri Mark Herivord, Qarabağ Müharibəsi Əllilləri, "Veteranları və Şəhid Ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyev, şair və yazıçılar iştirak ediblər.
Qeyd edək ki, tədbir incəsənət nümayəndələrinin çıxışı ilə davam edib. Şou-biznes əhli arasında uşaqları təbrik etmək üçün Elnur Məmmədov, Roza Zərgərli, Natəvan Həbibi və İzzət Bağırov gəlib.
Ceyran Əsgərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB