Tanınmış stilist od püskürdü: “Anar mənim ayağımın tozudur”-

Tanınmış stilist od püskürdü: “Anar mənim ayağımın tozudur”-

Azərbaycan şou-biznes nümayəndələrinin əksəriyyətini kifayət qədər yaxşı tanıdığını deyən stilist Balaş həmkarlarını yıxıb-sürüyüb. SİA-ya müsahibə verən stilist şou-biznes nümayəndələri ilə mütəmadi ünsiyyətdə olduğunu deyib.

- Balaş, Anarlarla münasibətiniz necədir? Stilist kimi qəbul edirsiniz?

-2 Anar var. Anar Ağakişiyev, bir də Anar Məlik. Onlara münasibətim yaxşıdır. Ancaq 3-cü dediyiniz Şanel Anar mənim ayağımın tozudur. O bizim köməkçimiz olub. Onu necə stilist kimi qəbul edə bilərəm?

- Bəs stilistlərdən kimləri bəyənirsiniz?

-Stilistlərdən Anar Ağakişiyevi və Şəfəqi çox bəyənirəm. Onlarla yanaşı stilist Samir Əliyevi də bəyənirəm. Sözügedən insanın öz üslubu var.

- Sizcə, Samirin stili hamı tərəfindən normal qəbul olunur?

- Yox. Təbii ki, onun stilini qəbul etmək sadə xanımlar üçün mümkünsüzdür. Ancaq stilist nəyi iləsə fərqənməlidir. Onun avanqard stilini yalnız podiumlarda istifadə etmək olar.

- Stilistin seçilməsi və tanınması üçün nə lazımdır?

-İlk növbədə stilist əl işləri ilə seçilməlidir. Və eyni zamanda özünün yaratdığı stil olmalıdır.

- Son dövrlər stilistlərin qalmaqalları olanda deyirlər ki, filankəs mənim stilimi oğurlayıb. Sizin stilinizi oğurlayan var?

- Mənim stilimi hələ ki oğurlayan olmayıb. Çünki mənim adım kimi stilim də təkdir. Balaşdan ikincisi yoxdur. Anarlar üç nəfərdir. Onlardan biri efirə çıxsa, hər biri üçün reklam olacaq.

- Müğənnilərlə işləmək rahatdır?

- Xeyir rahat deyil. Çünki hamısı lazımsız insanlardır. Bir müğənniyə sərf etdiyim vaxtı 3-4 gəlinə ayıra bilərəm.

Ceyran Əsgərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə