Azərbaycanlı müğənni Roza Zərgərli bir zamanlar məşhur olan "Qaçma məndən, ay sevgilim" adlı mahnıya yeni nəfəs verib. Müğənninin SİA-ya verdiyi məlumata görə, mahnı onun çox ürəyincə olub: "Bir zamanlar bu çox məşhur mahnı olub. Ancaq zamanla o tamaşaçıların yaddaşından silinib. Mən bu mahnıya öz nəfəsimi qatmaq istədim. Düşünürəm ki, pis alınmayıb. Belə musiqilərin tamaşaçı auditoriyası geniş olur\".
Onu da qeyd edək ki, mahnı illər öncə xalq artisti Ağadadaş Ağayev və mərhum müğənni Şəfa Suleymanovanın repertuarında yer alıb.
Mahnını dinləmək üçün videonu izləyə bilərsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB