İddialı müğənni: “Geriyə dön”-VİDEO

İddialı müğənni: “Geriyə dön”-VİDEO

Azərbaycanlı gənc müğənni Sehri Rəhimova "Geriyə dön" adlı mahnıya klip çəkdirib. SİA-ya açıqlama verən Sehri bunları deyib: "Mən çoxdandır ki, "Geriyə dön" klipinin təqdimatını gözləyirdim. Klipin fərqli olması üçün üç stilistə müraciət etdim. Sözügedən insanlar Roman, Anar və Bəstiyə təşəkkür edirəm. Eyni zamanda üzərimdə əməyi olan prodüser və rejissor Zöhrab Ağayevə də öz minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, "Geriyə dön" klipi tamaşaçıların ürəyincə olacaq"-deyə əlavə edib.


Ceyran Əsgərqızı


Bütün xəbərlər Facebook səhifəmizdə