Azərbaycanlı müğənni İlhamə Qasımova mart ayının 19-da daha bir konsertdə iştirak etmək təklifi alıb. SİA-ya açıqlama verən müğənninin prodüserləri İlhamə Qasımovanın İsveçrənin Bern şəhərində keçirilən Novruz konsertində iştirak edəcəyini bildiriblər.
Verilən məlumata görə, konsert Azərbaycanın ölkədəki diasporunun və səfirliyinin təşkilatcılığı ilə həyata keçiriləcək. Sözügedən konsertə İsveçrənin hökümət adamları, diplomatik qurumların nümayəndələri də dəvətlidirlər. Deyilənlərə görə, konsertə \"Sinplus\" qrupunun qatılacağı da gözlənilir.
Qeyd edək ki, artıq Avropanın əksər məşhur kanallarında İlhamə Qasımovanın konsertləri ilə bağlı reklam rolikləri yayımlanmaqdadır.
Ceyran Əsgərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB