Sevda Yahyayeva özünü gəlinciklə müqayisə etdi-FOTOSESSİYA

Sevda Yahyayeva özünü gəlinciklə müqayisə etdi-FOTOSESSİYA

Azərbaycan estradasının məşhur müğənnisi Sevda Yahyayeva özünü gəlinciklə müqayisə edib. SİA-nın fotokamerasına tuş gələn müğənninin məkanda olan milli miniatur gəlincikdən xoşu gəldi. Onunla şəkil çəkdirən Sevda özünü ona bənzətdi.

Ən çox saçlarının oxşarlığını vurğulayan Sevda həmin gəlincikdən almaq istədiyini də açıqlayıb: "Bizim qədim milli tariximiz var. Musiqi ilə yanaşı mən milli mentalitetimizlə də maraqlanıram. Belə miniatur gəlincikdən məndə var, amma bu lap gözəldir. İndi beləsini də istədim. Baxın, hətta saçlarımız da bənzəyir. Amma mən onun kimi cansız deyiləm".

Foto müəllifə məxsusdur

Bütün xəbərlər Facebook səhifəmizdə