Azərbaycan estradasının tanınmış müğənnisi Günel Ələkbərova İlaxır çərşənbəni kiminlə keçirəcəyi haqda danışıb. SİA-ya açıqlama verən müğənni bunları deyib: "Bu il axır çərşənbəni ailəmlə birgə keçirəcəyəm. Şəxsi həyatımda sevdiyim şəxs olmadığı üçün ailəmlə birgə qeyd etməli olacağam".
Günel Ələkbərova İlaxır çərşənbə münasibətilə bütün dünya azərbaycanlılarını da təbrik edib: "İlaxır çərşənbə hər kəsə uğur gətirsin. İnşallah gələn il Novruz bayramını işğal olmuş torpaqlarımızda keçirərik",-deyə əlavə edib.
Ceyran Əsgərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB