Bu gün Türkiyənin tanınmış müğənnisi Murat Bozun Bakıda keçirəcəyi solo konserti ilə bağlı mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda konsertin əsas təşkilatçısı Əli Hüseynov və konsertin aparıcıları İlkin Həsəni və Nanə Ağamalıyeva iştirak ediblər.
Teleaparıcılar Nanə və İlkin tədbir haqqında geniş məlumat veriblər. Nümayəndələrin sözlərinə görə, biletlərin sayı 800-1000 arasında olacaq. Saat 19:00-da başlayacaq konsert səhər saatlarındək davam edəcək.
Gecədə Murad Bozdon başqa Azərbaycanı \"Eurovision-2008\" mahnı müsabiqəsində təmsil etmiş Elnur Hüseynov çıxış edəcək.
Daha sonra isə gecənin səbəbkarı Murat Boz səhnəyə çıxacaq. Kaprizli müğənninin ilk şərti çıxışının 90 dəqiqə olmasıdır. Müğənni çıxışının yalnız iki mahnısını çəkməyə icazə verəcək.
Saat 22:00-dan 23:00-dək səhnəni alan müğənnidən dərhal sonra səhərə qədər Dj Chinanın müşayəti ilə diskoteka olacaq.
Onu da bildirək ki, biletin qiyməti 50-300 manat arasında olacaq. Qiymətdə yalnız tələbələ güzəşt olacaq. Belə ki, tələbə biletini təqdim edən hər kəs üçün qiymət 40 manatdır. Ancaq VİP yerlərə qida da daxildir.
Qeyd edək ki, 28 nəfərlə paytaxtımızda qonaq olacaq müğənni konsertdən bir gün əvvəl gecə saatlarında gələcək. Müğənni 3 gün Bakıda qalacaq.
Ceyran Əsgərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB